Qızılca bu ölkələrdə kəskin artdı - ÜST-dən həyəcan siqnalı!

  • 2019-04-16 14:20:19
  • |
  • Aktual /

Qızılca bu ölkələrdə kəskin artdı - ÜST-dən həyəcan siqnalı!

Ümumdünya Səhiyyə Təşkilatının Cenevrədə açıqladığı hesabat dünyada qızılca xəstəliyinin kəskin artdığını göstərir.

Hurriyyet.org Trend-ə istinadən xəbər verir ki, 2019-cu ilin yalnız 3 ayında 112 min şəxsdə bu xəstəliyə yoluxma faktı qeydə alınıb. Qeyd edək ki, 2018-ci ilin müvafiq dövründə bu rəqəm 28 min olub.

Hesabata görə, bu müddət ərzində artıq 170 ölkə qızılcaya yoluxma faktı barədə xəbər verib. Qızılcanın kütləvi yayıldığı ölkələr sırasında isə Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Ukrayna, Konqo, Madaqaskar, Filippin, Efiopiya və Sudan var.

Qeyd edək ki, 2017-ci ildə qızılcadan 110 min adam dünyasını dəyişib.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA