Qonağın bir öpüşü ilə həyatı cəhənnəmə dönən qızcığaz - VİDEO

  • |

Qonağın bir öpüşü ilə həyatı cəhənnəmə dönən qızcığaz - VİDEO

Ankarada dünyaya gələn Ecrinin həyatı 40-günlük olarkən evlərinə gələn qonağın bir öpüşü ilə cəhənnəmə dönüb.

Hurriyyet.org Baku.ws-ə istinadən xəbər verir ki, qonağın ağız suyundan keçən pnomokok virusu onun əvvəlcə meningit, sonra isə serebral iflic olmasına səbəb olub.

Ölümdən dönən 9 yaşlı qızcığaz bu vaxtadək 3 əməliyyat keçirib və həyatda olduğu müddətdə hələ neçə belə əməliyyatlar və müalicələrə məcburdur.

Ecrin, Bilnur və Metin Aydın cütlüyünün üç uşağından biridir. Nə yeriyə bilir, nə də danışır. Əməliyyatlar sadəcə onun azacıq hərəkət etməsinə kömək edib.

Ailə artıq onun müalicə xərclərini qarşılaya bilmədiyindən sosial şəbəkələrdə yardım istəyirlər.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA