Qorbaçovun “sarayı” satışa çıxarıldı

Qorbaçovun “sarayı” satışa çıxarıldı

Almaniyada keçmiş sovet dövlətinin sabiq prezidenti Mixail Qorbaçovun hamiliyi ilə Gifhorn şəhərində alman dekorator Horst Vrobel tərəfindən inşa olunmuş məşhur Zənglər Sarayının satışa çıxarıldığı elan olunub.

Hurriyyet.org xəbər verir ki, həmin obyektə 4,8 milyon avro qiymət qoyulduğunu yazıblar, lakin mülkiyyətçinin bu addımı atmasının səbəbi hələlik açıqlanmayıb.

Qədim rus monastırları üslubunda inşa edilmiş Zənglər Sarayı Qərbi və Şərqi Avropa ölkələrindən rəssam və sənətkarların treninqləri üçün nəzərdə tutulmuşdu./azərtac/