QORXUNC İDDİA: “Bir gözünü itirdi!”

  • 2019-01-28 16:10:46
  • |
  • Dünya /

QORXUNC İDDİA: “Bir gözünü itirdi!”

Hurriyyet.org xəbər verir ki, Fransada hökümətə qarşı etirazlar keçirən “sarı jiletlilər” qrupunun liderlərindən olan Jerom Rodriqesin şənbə günü keçirilən etirazlar zamanı gözünə tuş gələn plastik mərmi üzündən bir gözünü itirdiyi bildirilir.

Rodriqes Fransa prezidenti Emmanuel Makronun siyasətinə küçə nümayişləri ilə etiraz edən “sarı jiletlilər” hərəkatının irəlidə gedən liderlərindən biridir.

Şənbə günü Fransanın paytaxtı Paris şəhərində keçirilən nümayişlərə polis müdaxilə edib, plastik mərmi və bibər qazından istifadə edib.

Fransa polisi, Rodriqesin gözünün plastik mərminin yox, yerə düşən bibər qazı kapsulunun sıçrayaraq onun gözünə tuş gəlməsi nəticəsində əlil olduğunu iddia edir.

Jerom Rodriqesin vəkilləri isə polisin iddialarının düzgün olmadığını və onun gözünün nişan alınaraq plastik mərmi ilə vurulduğunu iddia edir və Parisin asayiş qüvvələrini həddən artıq gücdən istifadə eləməkdə ittiham edir.

Rodriqes məhkəməyə müraciət edəcək

Rodriqesin vəkili Filip de Veull BFM televiziya kanalına açıqlamasında deyib: “Ömür boyunca əlil qalacaq. Həm özü, həm də ailə üzvləri üçün böyük bir faciədir”.

Bazar günü xəstəxanda LCI televiziya kanalına müsahibə vermiş Rodriqes deyib: “Hər şey çox sürətlə oldu. İki dəfə hücuma məruz qaldım. Ayağıma bibər qazı kapsulu dəydi. Plastik mərmi isə gözümə dəydi. Makrondan, Fransanın daxili işlər nazirindən və mənə atəş açan polis məmurundan məhkəməyə şikayət edəcəyəm. Nə olursa-olsun, pasifist mövqeyimi qoruyacağam”.

“Sarı jiletlilər”ə qarşı “qırmızı şərflilər”

Bazar günü isə sarı jiletlilərə qarşı nümayiş keçirilib. Özlərini “qırmızı şərflilər” adlandıran nümayişçilər “demokratiyanı və respublikanın idarələrini qoruyacağıq” şüarları ilə Paris küçələrində nümayiş keçiriblər. Avropa İttifaqı və Fransa bayraqları qaldırmış nümayişçilər “Demokratiyaya hə, çevrilişə yox” şüarları səsləndiriblər.

Paris asayişi “qırmızı şərflilər”in nümayişində 10.000 nəfərin iştirak elədiyini bildirib.

Fransa DİN “sarı jiletlilər”in şənbə günü keçirilən etirazlarında 69 min nəfərin iştirak etdiyi xəbərini yayıb.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA