Qorxunc prezident haqqında ən maraqlı 13 fakt: adamyeyən, Hitleri kumir sayan, ABŞ-a müharibə elan edən...

  • 2019-02-05 13:46:17
  • |
  • Tarix /

Qorxunc prezident haqqında ən maraqlı 13 fakt: adamyeyən, Hitleri kumir sayan, ABŞ-a müharibə elan edən...

1971-1979-cu illərdə Uqandanın prezidenti olan İdi Amin Dada 1971-ci il 25 yanvar tarixində ölkə prezidenti Milton Obote Sinqapurda səfərdə olarkən, hərbi çevriliş edərək hakimiyyəti ələ alıb və özünü ölkənin yeni, üçüncü prezidenti elan edib.

İdi Aminin Uqandada hakimiyyət illəri bir çox “maraqlı” hadisələrlə, daha dəqiq ifadə etsək, qorxulu olaylarla yadda qalıb.
Hurriyyet.org musavat.com-a istinadla diktator prezident haqqında ən maraqlı 13 faktı təqdim edir.

1. İdi Aminin hakimiyyəti illərində ölkədə ən müşkül məsələlərdən biri prezidentə müraciət məsələsi olub. Belə ki, müraciət düzgün olmadıqda həmin şəxsi ölüm hökmü gözləyib. Prezidentə müraciət yalnız aşağıdakı kimi olmalıymış: “Zati-ailələri, ömürlük prezident, feldmarşal Əl-Həci Doktor İdi Amin, yerdəki bütün heyvanların və sudakı bütün balıqların hökmdarı, Britaniya İmperiyasının ümumi olaraq Afrikada, xüsusilə də Uqandada fatehi, “Viktoriya xaçı”, “Hərbi xaç”, “Döyüş fəaliyyətinə görə” ordenlərinin sahibi”...

2. İdi Amin özünə “bütün elmlərin doktoru” adını verib. Bu yüksək elmi ada sahib olmasına baxmayaraq, o, yazmağı, hətta sənədlərə imza atmağı belə bacarmayıb.

3. Idi Amin Adolf Hitleri özünə müəllim və kumir kimi qəbul edib. Prezident Uqandada fürerin abidəsini ucaltmaq istəyəndə SSRİ buna mane olub.

4. İdi Amini “Qara Hitler” də adlandırıblar.

5. Onun “maraqlı” təkliflərindən biri də BMT-nin mənzil qərərgahının Uqandaya köçürülməsi ilə bağlı olub. O, bu təklifi belə əsaslandırıb ki, Uqanda planetin coğrafi ürəyidir.

6. İdi Aminin hakimiyyəti illərində 500 min nəfərdən artıq Uqanda sakini edam olunub. 2 min nəfəri prezident şəxsən özü qətlə yetirib.

7. İdi Amin 5 dəfə ailə həyatı qurub. Onun 36 oğlu, 14 qızı olub.

8. Prezidentin ən sevimli əyləncələrindən biri cizgi filmlərini seyr etmək olub. O, xüsusilə Disney şedevrlərini həvəslə izləyib.

9. Onun şakərlərindən biri də orden və medallara olan “ehtiraslı sevgisi” olub. İdi Amin hətta öz geyiminin uzunluğunu bütün mükafatların yerləşməsi üçün artırıb. O, müxtəlif kolleksionerlərdən müxtəlif dövrün ordenlərini alaraq öz əyninə taxıb.

10. İdi Amin tez-tez əsgərlərinə özü təlim keçib, tövsiyələrini verib. Onun tövsiyələrindən biri də o olub ki, ac və yemək tapılmayan vaxtlarda əsgər öz silahdaşının ətini yeyə bilər. Araşdırmaçıların qənaətinə görə, İdi Amin insan ətinin qida kimi qəbuluna meylli olub və özü də bu “qida məhsul”undan istifadə edib.

11. 1975-ci ildə İdi Amin Amerika Birləşmiş Ştatlarına qarşı müharibə elan edib, rəqib tərəfindən ciddi qəbul edilməyən prezident səhərisi gün özünü ciddi şəkildə qalib kimi təqdim edib.

12. 1979-ci ilin aprel ayında Tanzaniya tərəfindən dəstəklənən Uqanda Milli Azadlıq Ordusu İdi Aminin istefasına nail olub. Prezident bu istefadan sonra Səudiyyə Ərəbistanına qaçıb.

13. İdi Amin yüksək qan təzyiqi, hipertoniya xəstəliyindən əziyyət çəkib. O,16 avqust 2003-cü ildə Ciddədə sürgündə olarkən elə bu xəstəlikdən ölüb.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA