Qorxunc xəstəlik yayılır - şikəst edir, necə yoluxduğunu bilən yoxdur

Qorxunc xəstəlik yayılır - şikəst edir, necə yoluxduğunu bilən yoxdur

Avstarliyalı həkimlər həyəcan təbili çalaraq Buruli Xorası ilə mübarizə aparmaq üçün Ümumdünya Səhiyyə Təşkilatına və hökumətə müraciət ediblər. Avstarliyada bu qorxunc xəstəliyə yoluxanların əksəriyyəti Viktoriya ştatındadır. Həkimlər bildiriblər ki, yoluxma halları keçən ilə nisbətən 400 dəfə artıb.

Avstarliyalı həkimlərin ÜST və hökumətə ünvanladıqları məktubda bildirilir: “Biz ciddi bir epidemiya ilə qarşı qarşıyayıq. Vəziyyət sürətlə pisləşir. Elmi biliklərə əsaslanan operativ reaksiya tələb olunur. Biz ətraf mühiti, yerli faunanı, insanlarla ətraf mühitdəki varlıqların təmasının təsirlərini öyrənməliyik. Çünki xəstəliyin insana necə yoluxması barədə məlumata malik deyilik. Dərhal hərəkətə keçmək lazmdır.Biz hökuməti Buruli xorası ilə mübarizə tədbirlərini maliyyələşdirməyə çağırırıq”,- deyə “The Medical Journal Of Australia” jurnalında dərc edilmiş məktubda qeyd edilib.

ÜST-ün məlumatına görə, “Mycobacterium ulcerans” bakteriyası nəticəsində törəyən Buruli xorasının necə yayılması məlum deyil. Onların ağcaqanadlar vasitəsi ilə yayıldığı ehtimal edilir.Ən dəhşətli fakt budur ki, bu xoranın yoluxduğu xəstə ömürlük şikəst qalır. Yaralar əsasən üzdə, ayaqda, əldə, oturaq hissələrdə meydana çıxır. Bu xroniki əlillik xəstəliyinin törənməsinə gətirib çıxarır.

“Mycobacterium ulcerans” toxumaları və ummun sistemini məhv edən mikolakton adlı toksin ifraz edir.Hazırda dünyanın 33 ölkəsinidə Buruli xorasına yoluxmuş xəstələr qeydə alınıb. Xəstəlik əsasən 15 yaşa qədər uşaqlar arasında yayılır.Xəstəliyin sağalması üçün praktiki dərman vasitələri yoxdur.İnsandan insana və ümumiyyətlə insana necə yoluxması barəsində aparılan araşdırmalar hələlik nəticə verməyib.

Müalicə müddəti 6-12 ay davam edir. Xoraların dəhşətli izlərini yalnız plastik rekonstruktiv cərrahiyə yolu ilə aradan qaldırmaq olur.Antibiotik və əlliyin aradan qalxması üçün istifadə olunan komplementar terapiya ölümdən xilas etsə də, şikəst qalmaqdan xilas etmir. \bizimyol\

Loading...

QALEREYA