Qoz qabıqlarını atmayın! Onların bilmədiyiniz FAYDALARI

Qoz qabıqlarını atmayın! Onların bilmədiyiniz FAYDALARI

Qozun insan sağlamlığına təsirlərini saymaqla bitməz. Yüz illərdir xəstəliklərin müalicəsində və dərman hazırlanmasında istifadə edilən qoz tam bir vitamin anbarıdır.

Tərkibində protein, lif, Omega 3, Omega 6 yağ turşuları olmaqla yanaşı, qozun qabığı da kalsium, dəmir, sink, maqnezium, fosfor, mis, selen, manqan, yod mineralları və A, B1, B2, B6, C vitaminləri ilə zəngindir. Bu da ondan bir kosmetik məhsul kimi istifadə edilməsinə zəmin yaradıb.

Sizə qoz qabığının faydalarından bəhs edirik:

1. Qozun qurudulmuş qabığından dəmlənmiş çay soyuqdəymə və öskürəyə yaxşı təsir göstərir.

2. Bağırsaq qurdlarının müalicəsi üçün də eyni qarışığı (quru və ya təzə qoz qabığı) gündə iki fincan içmək tövsiyyə edilir.

3. Qoz qabığından hazırlanmış çay sinir sistemini sakitləşdirir.

4. Təzə (yaşıl) qoz qabığınının suyu çıxarılaraq sızanaqlı dəri üzərinə sürtülməsi civzələrin və dəri ləkələrinin aradan qalxmasına kömək edir.

5. Həmçinin təzə qoz qabıqlarının dəmləməsi qalxanvari vəzi üçün çox faydalıdır.

6. Qoz qabıqlarını (quru və yaş) qaynayan suyun içərisinə atıb 10 dəqiqə qaynatdıqdan sonra saçlarınızı yusanız, saç tökülməsinin qarşısı alınacaq, saçlar əvvəlki parlaqlığına qovuşacaq və güclənəcəkdir. Eyni samanda saçlarınız kəpək problemələrindən də qurtarmış olacaq.

7. Varikoz xəstəliyi zamanı qoz qabığının dəmləməsi ilə islatmalar damarları möhkəmləndirir. \\\ExoBaku.com

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA