QƏRBDƏN QOPAN TÜRKİYƏ AVRASİYADA KİMLƏRƏ SÖYKƏNƏCƏK? - Rusiya eksperti “Ankara hesablamanı düz aparmır” deyir

QƏRBDƏN QOPAN TÜRKİYƏ AVRASİYADA KİMLƏRƏ SÖYKƏNƏCƏK? - Rusiya eksperti “Ankara hesablamanı düz aparmır” deyir

Aleksandr Jelenin

rosbalt.ru, 17.07.2019

Avropa Birliyininn xarici işlər nazirləri Kiprin ərazi sularında apardığı geoloji kəşfiyyat işlərinə görə Türkiyəyə qarşı sanksiyaları razşlaşdırıblar. Yunanıstan da bu fəaliyyətə kəskin qıcıq verib. Praktik olarq bununla eyni zamanda bəlli olub ki, ABŞ tərəfdən sərt reaksiyaya və Ağ Evin Türkiyəyə söz verdiyi F-35 beşinci nəsil qırıcılarının tədarükündən imtina etdiyinə baxmayaraq Ankara yenə də Rusiyadan S-400 zenit raket komplekslərinin alqısı üzrə sazişi gerçəkləşdirir. “Rosbalt”ın icmalçısı Asiya və Afrika ölkələri İnstitutunun prezidenti, MDU-nun fəxri professoru Mixail Meyerdən Türkiyə prezidenti Rəcəb Ərdoğanın son addımlarına necə qiymət verməyin mümkünülyünü dəyərləndirməyi xahiş edib. Nədir bu – ötəri siyasi manevr, yoxsa Ankaranın siyasi kursunda Qərbdən Şərqə radikal dəyişiklik?

Biz görürük ki, Ərdoğan Qərblə yetərincə açıq şəkildə aşkar münaqişəyə gedir. Fikrinizcə, bu onun nəyinə gərəkdir?

– Düşünürəm ki, Ərdoğan öz ölkəsini öz siyasəti çərşivəsində böyük dövlətlərdən – Birləşmiş Ştatlar və hətta bəlli mənada Avropa Birliyindən asılı olmayan dövlətə çevirmək istəyərdi. Yəqin, o, hesab edir ki, ölkəsi Avropa dövlətlərinin mövqeyinə yön götürdüyü vaxtlardansa onun yeni mövqeyi Yaxın Şərqin lideri olmağa xeyli dərəcədə imkan verər.

Bundan nə alınacağını söyləmək olduqca çətindir, çünki rəqiblərinin imkanları çox-çox böyükdür. O, indi Rusiya və Çinin gücünə söykənmək qərarına gəlibsə, onda bu, əlbəttə, çoxdur, amma bununla yanaşı Türkiyənin ənənəvi maraqları sahəsində onun imkanlarını məhdudlaşdırır.

Yadınızdadırsa, o, “ərəb baharı” zamanı çox ümid edirdi ki, dünyanın inkişaf etməkdə olan ölkələrinin lideri olacaq. Bu, sadəlövhlük idi. Məncə, Ankarada o vaxt ölkənin imkanlarını, sadəcə, pis hesablayıblar.

Bütün bunlar Ərdoğanın Rusiya və Çinin yardımına söykənərək indi çıxmağa çalışdığı necəsə bir duruma dönüb. Türkiyə iqtisadiyyatının, bir də ictimaiyyətin Qərbə güclü bağlantısını və Rusiya və Asiyanın başqa qeyri-müsəlman ölkələri ilə dostluğa xeyli az dərəcədə yönəldiyi nəzərə alınsa, bunun yetərli olub-olmayacağını söyləmək çətindir.

Buna görə də Ərdoğanın müsəlman dünyasında liderliyə yönələn oyunu olduqca ziddiyyətlidir. Çoxları bunu oynamağa çalışıblar, amma bu, deyək ki, XX yüzilliyin 50-60-cı illərində Misir prezidenti Camal Əbdül Nasirdə xeyli uğurlu alınıb – bu da müəyyən vaxta qədər. Sonra isə Nasir də praktik olaraq belə lider olmaq iqtidarında olmayıb.

– Yuxarıda xatırlatdınız ki, bu gün Türkiyənin rəqiblərinin imkanları xeyli dərəcədə daha önəmlidir. “Rəqiblər” sözü altında kimləri nəzərdə tutursunuz?

– Türkiyəyə praktik olaraq həmişə yeni texnologiya verən, Ankara onlara yön götürməyə söz verəndə ona yardım edən Qərb ölkələri. Görünür, bir neçə il qabaq Türkiyədə baş verənlər – çox da anlaşılmayan bu sui-qəsd cəhdini və görünür, bunda əli olan Qərb dövlətlərini nəzərdə tuturam – Ərdoğanın məyusluğuna səbəb olub. Bu, onu çox möhkəm silkələyib. Onun dünya liderlərinin ilk onluğunda olmaq istədiyi şübhəsizdir, amma bunun nə qədər gerçəkcə olduğunu demək çətindir.

– Həmin çevriliş cəhdi haqda Rusiyada bir sıra ekspertlər arasında bu versiya kifayət qədər populyardır ki, onun özü bunu təşkil edə bilərdi ki, müxalifəti darmadağın etsin və əlində daha çox hakimiyyət cəmləsin…

– O bu dövrə doğru belə də artıq hakimiyyəti öz əlində cəmləmışdi. İş burasındadır ki, Türkiyə son onilliklərdə sürətlə qərbləşirdi, cəmiyyətdə “Bizə ölkəni XIX yüzillikdəki kimi yönəldəcək monarx artıq gərək deyil” mənasına gələn tendensiya üstünlük təşkil edirdi. Müxtəlif ictimai güclərin həmin münaqişəyə böyük cəlbi də bundan idi.

– Yəni düzgün başa düşürəmmi ki, bunların hamısı ölkənin inkişaf vektorunu şüurlu dəyişməkdən, Avropadan, Qərbdən Moskva ilə ittifaqa sarı hərəkətindən gedir?

– Mən Asiyada daha önəmli güclərə tərəf deyərdim.

Qərbdən belə şərti “müstəqil” Türkiyənin müttəfiqi Çindən savayı daha kim ola bilər?

– Hamıdan qabaq, müsəlman dünyası.

Amma müsəlman dünyası son dərəcə əlaqəsizdir. Ərəblər Türkiyəyə şübhə ilə yanaşırlar, xüsusən də İran…

– Buna baxmayaraq, Ərdoğanda təsəvvür var ki, müsəlman dünyası yetərincə vahiddir. Qaldı İrana, görürük ki, ABŞ tərəfdən ciddi basqıya məruz qalır. Bu basqı göstərir ki, Vaşinqtonun bu gün müstəqilliyə son dərəcə fəal can atan və müsəlman dünyasında fəal olmağa çalışan liderlərə ehtiyacı yoxdur. Ərdoğanın özü də belə adamlara aiddir. Əlbəttə, Birləşmiş Ştatlarla qəliz münasibətlərdə olmaq səbəbindən o cümlədən Rusiya ilə də əməkdaşlıq etməyə hazırdır. Düşünürəm ki, Ərdoğanın tezliklə İranla da yetərincə yaxşı münasibətlərdə olduğunu görəcəyik.

Bəli, məsələn, Türkiyə Suriyada İranla formal olaraq barrikadanın eyni tərəfindədir, amma orada onların maraqları o qədər qarşı-qarşıyadır ki, mənə elə gəlir, onları ancaq şərti müttəfiq adlandırmaq olar.

– Bəli, məcburi müttəfiqlər. Bu, Rusiya ilə ittifaqa da aiddir. Bütün bunlarla yanaşı, indiki münasibətlərimizin inkişaf səviyyəsindən məmnunamsa da, əmin deyiləm ki, bu, sonrakı perspektivdə də belə olacaq.

Tərcümə Strateq.az-ındır.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA