Qrip və soyuqdəymənin fərqi nədir? - MÜALİCƏ ÜSULLARI

Qrip və soyuqdəymənin fərqi nədir? - MÜALİCƏ ÜSULLARI

Bir çox insan qrip və soyuqdəymə anlayışlarının sinonim olduğunu düşünür. Halbuki bunlar bir-birində tamamilə fərqli anlayışlardır. Qrip - qrip virusu tərəfindən törədilən infeksion xəstəlikdir.

Hurriyyet.org medicina.az-a istinadən bildirir ki, soyuqdəymə isə konkret xəstəlik deyil, orqanizmin soyuğa məruz qalması ilə yaranan narahatlıqdır.

Qripin əlamətləri

Öskürək, burun axıntısı, yüksək temperatur - bu əlamətlər soyuqdəymənin olduğu kimi həm də qripin əlamətləri hesab edilir. Amma bu əlamətlər özünü müxtəlif şəkildə büruzə verə bilər.

Qrip qəflətən temperaturun artması ilə başlayır ki, bu zaman hərarət 39-40 dərəcəyə qədər qalxa bilər. Hərarətlə yanaşı baş və əzələ ağrıları, yorğunluq və s. də müşahidə edilə bilər.

Proflaktika

Sağlamlıq üzrə ekspertlər virus xəstəliklərindən qorunmaq üçün əsasən insanların çox olduğu yerlərdən uzaq durmağı və əlləri tez-tez sabunlamağı məsləhət görürlər. Bundan əlavə, mövsümi qriplərdən qorunmaq üçün vaksin olunmaq da çıxış yolu hesab edilir.

Soyuqdəymədən qorunmağın yolları isə məlumdur. Hələ ki, bu xəstəlikdən qorunmaq üçün vaksin və ya başqa bir vasitə mövcud deyil.

Əksər hallarda bu xəstəlik fəsadsız ötüşür. Əgər yüksək hərarət 5 gündən artıq çəkərsə və sağalma getmirsə, xəstəliyin virus və ya bakteriyalar tərəfindən törədildiyini müəyyən edərək. antibiotik istifadə etmək yaxşı olar.

Qrip zamanı xəstəliyin fəsad vermə ehtimalı yüksəkdir. Bu xəstəliyin ən çox yayılan ağırlaşma hallarından biri pnevmaniyadır. Belə olan halda təcili olaraq xəstənin hospitalizasiyası və həkim nəzarəti altında müalicəsi tələb olunur.

Qrip və soyuqdəymənin müalicəsi

Hər iki xəstəliyin müalicəsi zamanı maye qəbulunu artırmaq tələb olunur. Bu. həm hərarətin azalmasına, həm də bəlğəmin orqanizmdən çıxmasına kömək edəcək.

Bundan əlavə, vitaminlər və ağrıkəsici effektə malik olan qızdırma salan dərmanlar qəbul etmək olar.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA