Quaydo ABŞ-dan sonra Aİ-yə yalvardı: “MƏNƏ SAHİB ÇIXIN”

  • 2019-01-30 17:31:55
  • |
  • Dünya /

Quaydo ABŞ-dan sonra Aİ-yə yalvardı: “MƏNƏ SAHİB ÇIXIN”

Hurriyyet.org xəbər verir ki, Venesuelanın qanuni prezidenti Nikolas Maduronu devirməyə çalışan, özünü “müvəqqəti prezident” elan eləmiş Xuan Quaydo ABŞ-dan sonra Avropa İttifaqından yardım istəyib, Aİ-ni də ABŞ-ın Venesuelaya qarşı sanksiyalarına bənzər tədbirlər görməyə çağırıb.

Almaniyanın “Bild” qəzetinə müsahibə verən Quaydo qanuni prezident Maduronu diktator adlandıraraq ona qarşı təzyiqlərin artırılmasının lazım olduğunu bildirib. Quaydo deyib: “Avropa İttifaqının ABŞ tərəfindən tətbiq edilən sanksiyaları nümunə götürərək Venesuelaya yeni sanksiyalar tətbiq eləməsinə ehtiyacımız var”.

Pulları Quaydoya verəcəklər

ABŞ-ın maliyyə naziri Stiven Mneçin Maduronun hakimiyyətini qanuni hesab eləmədiklərini bildirərək, bu çərçivədə Venesuelanın PDVSA dövlət enerji şirkətini sanksiya siyahısına daxil elədiklərini bildirmişdi. Mneçin Venesuelanın ABŞ-dakı 7 milyard dollarlıq maliyyə vəsaitunu dondurduqlarını və bu vəsaiti müxalifət lideri Quaydoya verəcəklərini də bildirib.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA