Quaydo Kolumbiyaya yollandı – Lima qrupu ilə danışıqlarda iştirak edəcək

  • 2019-02-25 13:00:25
  • |
  • Dünya /

Quaydo Kolumbiyaya yollandı – Lima qrupu ilə danışıqlarda iştirak edəcək

Hurriyyet.org xəbər verir ki, Venesuelada özünü “müvəqqəti prezident” elan eləmiş Milli Məclis sədri, ABŞ və 20-dən artıq Avropa ölkəsi və bir sıra Latın Amerikası ölkələri tərəfindən tanınan çevrilişçi Xuan Quaydo Lima qrupu dövlətlərinin nümayəndələrinin iclasında iştirak eləmək üçün Kolumbiyaya yollanıb. Danışıqların mövzusu Venesuela müxalifətinin Kolumbiya sərhədini qoruyan dövlət qüvvələri ilə toqquşması olmalıdır. Toqquşmalar zamanı azı üç nəfərin həlak olduğu, yüzlərlə insanın yaralandığı bildirilir.

Xəbər verildiyi kimi, ordu “humanitar yardım” altında ABŞ-ın Quaydoya göndərdiyi yükün ölkəyə daxil olmasının qarşısını alıb. Nikolas Maduro Venesuelaya qarşı sanksiya tətbiq edərək ona milyonlarla dollar zərər vurmuş ABŞ-ın “humanitar yardım karvanı” göndərməsini ölkəyə xaricdən müdaxilənin ilk addımı kimi qiymətləndirib və Venesuelanın ABŞ, Braziliya və Kolumbiyadan gələn humanitar yardıma ehtiyacının olmadığını bəyan edib.

Lima qrupunun Kolumbiyanın Boqota şəhərində keçiriləcək iclası ərəfəsində Quaydo Maduroya qarşı beynəlxalq təzyiq göstərilməsini tələb edib.

Rəsmi Karakas isə bildirib ki, hətta yeni sanksiyalar da hökuməti müxalifətçilərə göndərilən “humanitar yardımı” ölkəyə buraxmağa məcbur etməyəcəkdir.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA