Quaydonun deputat toxunulmazlığı LƏĞV OLUNDU

  • 2019-04-03 11:08:07
  • |
  • Dünya /

Quaydonun deputat toxunulmazlığı LƏĞV OLUNDU

Hurriyyet.org xəbər verir ki, Venesuela Ali Məhkəməsinin tələbi ilə müxalifətin lideri Xuan Quaydonunun deputat toxuulmazlığı ləğv olunub. Bu status ona parlamentin, sədri olduğu Milli Assambleyanın üzvü kimi verilmişdi. Toxunulmazlığın ləğv edilməsi qərarını Venesuelanın Müəssislər Məclisi adlı qanunverici orqanı verib. Bu orqan müxalifət parlamentinə alternativ olaraq, hazırkı prezident Nikolas Maduronun tərəfdarları, hakim Sosialist partiyası tərəfindən yaradılıb.

Quaydonun deputat toxunulmazlığından mərhum edilməsi onun həbsinə doğru ilk addım ola bilər.

Yanvar ayında Quaydo özbaşına özünü müvəqqəti prezident elan elədikdən sonra, Baş Prokurorluq ona qarşı cinayət işi qaldırıb. Venesuela Ali Məhkəməsi siyasətçinin ölkədən çıxmasını qadağan eləmiş olsa da, Quaydo bu qadağaya məhəl qoymayıb. ABŞ başda olmaqla bir sıra Qərb və Latın Amerikası ölkəsi tərəfidən dəstəklənən Quaydo ABŞ-ın Kolumbiyada topladığı “humanitar yardım” yükünün fevralın 23-də Venesuelaya daxil edilməsi cəhdindən bir neçə gün əvvəl Kolumbiyaya keçmişdi. Onun kolumbiyalı qanunsuz silahlı qrupların nəzarət elədiyi yollarla Venesueladan çıxdığı iddia edilirdi. Kolumbiyadan sonra Braziliya, Paraqvay, Argentina və Ekvadora səfər edən Quaydo martın 4-də problemsiz şəkildə Venesuelaya daxil olmuşdu.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

QALEREYA