Quba sakinin həyətindən silahlar çıxdı - FOTO

Quba sakinin həyətindən silahlar çıxdı - FOTO

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi məqsədilə uğurlu əməliyyat-axtarış tədbiri keçirilib.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Hurriyyet.org-a verilən məlumata görə, RPŞ-nin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə rayonun Möhüc kənd sakini Hüseynağa İsbatova məxsus fərdi yaşayış evinin həyətində gizlədilmiş bir ədəd “Skat” markalı tapança, bir ədəd xəncər, bir ədəd təklüləli ov tüfəngi və 9 ədəd patron aşkar edilərək götürüblər.

Faktla bağlı Quba RPŞ-də araşdırma aparılır.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

QALEREYA