Qubada yol qəzası - 4 yaralı

Qubada yol qəzası - 4 yaralı

Quba rayonunda yol qəzası baş verib.

Hurriyyet.org report-a istinadən xəbər verir ki, hadisə Quba-Qonaqkənd yolunun Birinci Nügədi kəndi ərazisində qeydə alınıb.

Belə ki, İsrail Nadirovun idarə etdiyi "Mercedes" markalı avtomobil Samir Bayramovun idarə etdiyi "VAZ-21010" markalı avtomobillə toqquşub. Nəticədə sərnişinlərdən Quba rayonunun Birinci Nügədi kəndi, 5-ci məhəllə sakinləri, 1984-cü il təvəllüdlü Vüqar Nadirov, 1991-ci il təvəllüdlü Dəyanət Ağayev, Elmar Muradov və sürücü S.Bayramov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyətləri orta-ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA