Qubada “zek”dən həmyerlisinə dəhşətli əməl - TƏFƏRRÜAT

Qubada “zek”dən həmyerlisinə dəhşətli əməl - TƏFƏRRÜAT

Quba rayonunda bıçaqlanma hadisəsi baş verib.

Hurriyyet.org teleqraf.com-a istinadən xəbər verir ki, Quba rayon sakini Rafiq Əliməmmədov naməlum şəraitdə bıçaqlanıb. O, kəsilmiş-deşilmiş xəsarəti ilə Quba rayon Mərkəzi Xəstəxanasına gətirilib.

Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub. Rafiq Əliməmmədovun xəsarət alması ilə bağlı rayon polis şöbəsinə məlumat daxil olub.

Məlumatla əlaqədar polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Quba rayon sakini, əvvəllər məhkum olunmuş 59 yaşlı Zakir Məmmədov saxlanılıb.

O, dindirilmə zamanı törətdiyi əməli etiraf edərək, Rafiq Əliməmmədova aralarında yaranmış mübahisə zəminində bıçaqla xəsarət yetirdiyini bildirib.

Faktla bağlı araşdırmalar aparılır.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA