"100 şəhid ailəsinin hər birinə 11 min manat ödəməyə hazıram" - Azərbaycanlı iş adamı

"100 şəhid ailəsinin hər birinə 11 min manat ödəməyə hazıram" - Azərbaycanlı iş adamı

Azərbaycanlı iş adamı Fizuli Məmmədov 100 şəhid anasının hər birinə 11 min manat ödəməyə hazır olduğunu bildirib.

Hurriyyet.org xəbər verir ki, bu barədə məşhur iş adamı “Facebook” səhifəsində yazıb.

F.Məmmədov bizneslə məşğul olan digər həmvətənlərimizi də şəhid ailələrinə dəstək olmağa səsləyib.

İş adamının qeydlərini oxuculara təqdim edirik:

“​Çox məyusedicidir ki, şəhid ailələrinin problemləri yenidən Azərbaycan ictimaiyyətinin diqqət mərkəzindədir. Oktyabrın ortalarından bəri təxminən 100 şəhid ailəsi mütəmadi olaraq Milli Məclis və Azərbaycan Prezidenti Administrasiyası binalarının qarşısında aksiya keçirirlər. Onlar Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi uğrunda həlak olmuş ailə üzvlərinə düşən təzminatların ödənilməməsindən şikayət edirlər.

Xatırladıram ki, Azərbaycan Prezidenti İlham Əliyev 1991 ci ildən 2 avqust 1997 ci ilə qədər Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinə 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilməsi haqqında fərman imzalamışdır. Birdəfəlik ödəmələrin verilməsinə 9 oktyabrdan başlanmışdır. Buna baxmayaraq, bir çox şəhid ailələrinə ödəmələrdən imtina edilmişdir. ​

Mən hesab edirəm ki, əgər dövlət öz öhdəliklərini vaxtında yerinə yetirə bilmirsə, belə şəraitdə azərbaycan biznesinin, o cümlədən diasporun nümayəndələri şəhid ailələrinə kömək etməlidirlər. Öz oğullarını itirdiklərinə görə ödəmə almaq üçün çoxsaylı aksiyalar keçirən şəhid analarının alçaldılmasına qətiyyən yol vermək olmaz. Bu məsələnin ümummilli biabırçılıq səviyyəsinə çatdırılmaması üçün dərhal şəhid analarının problemlərini həll etmək lazımdır. Axı onların oğulları bizim ümumi Vətənimiz Azərbaycanı müdafiə edərkən həlak olublar. Ona görə də biz hamımız bu qadınlar qarşısında borcluyuq”.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA