"AĞ EVDƏKİ AXMAQLARA FİKİR VERMƏYİN..."

  • 2018-07-10 15:50:49
  • |
  • Dünya /

"AĞ EVDƏKİ AXMAQLARA FİKİR VERMƏYİN..."

Hurriyyet.org xəbər verir ki, Amerikada dərc edilən “Nyu York Tayms” qəzetində yazıldığına görə, ABŞ prezidenti Donald Trampın Rusiya prezidenti Vladimir Putinə aralarında telefon danışığının baş tutmasının qarşısını almağa çalışan və “axmaq” adlandırdığı Ağ Ev məmurlarının açıqlamalarına fikir verməməyi məsləhət görüb. Qəzet yazır ki, bu ilin martında Trampla Putinin telefonla danışmasına imkan verməməyə çalışan məmurlardan bəhs edən Amerika prezidenti rus həmkarına Ağ Evdə işləyənlərin açıqlamalarına fikir verməməyi məsləhət görüb: “Onlar axmaq insanlardır, onları dinləməməlisən”.

Xəbərdə dərc edilən başqa bir iddiaya görə, Ağ Ev işçiləri Putinin martın 18-də Rusiyadakı seçkilərdə qələbə qazanması münasibətilə Trampın onu təbrik eləməsinə mane olmağa çalışıblar. İddiaya görə, həmin telefon danışığı zamanı Tramp Putinə iki ölkə arasındakı münasibətlərin inkişaf etdirilməsinin lazım olduğunu bildirib.

İyulun 16-da Vladimir Putin ilə Donald Tramp Finlandiyanın paytaxtı Helsinkidə ilk dəfə tam formatda görüşəcəklər və ikitərəfli əlaqələr, Suriya və digər məsələləri müzakirə edəcəklər.

Hurriyyet.org

Loading...

QALEREYA