"ABŞ azərbaycanlı fermerlərə kömək edə bilər" - SƏFİR

"ABŞ azərbaycanlı fermerlərə kömək edə bilər" - SƏFİR

"Azərbaycanlı fermerlərə yeni bazarları, o cümlədən Qərbi Avropada, eləcə də ABŞ-da bazarları araşdırmağa kömək edə bilərik".

Hurriyyet.org xəbər verir ki, bunu report-a ABŞ-ın Azərbaycandakı səfiri Örl Litsenberqer Bakıda keçirilən 13-cü Azərbaycan Kənd Təsərrüfatı Sərgisi (Caspian Agro 2019) çərçivəsində deyib.

"Tədbirdə iştirak etməkdən çox məmnunam. ABŞ-ın bu sərgidə iştirakını görməkdən məmnunam. Hesab edirəm ki, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi üzrə səylərin bir hissəsi kimi ölkəyə kənd təsərrüfatı sektorunun inkişafında kömək etmək üçün ABŞ-ın böyük potensialı var", - o bildirib.

Səfir, həmçinin qeyd edib ki, ABŞ bu sahənin məhsuldarlığının artırılmasına yardım edə bilər.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA