"ABŞ Rusiya ilə raket sazişindən birdəfəlik çıxıb" - Rusiya XİN

  • 2019-01-23 13:25:54
  • |
  • Dünya /

"ABŞ Rusiya ilə raket sazişindən birdəfəlik çıxıb" - Rusiya XİN

"ABŞ diplomatik kanallarla Rusiyanı Orta və Yaxın Mənzilli Raketlərin ləğv edilməsi üzrə Sazişindən (OYMRM) çıxmaqla bağlı qərarının yekun olması barədə xəbərdar edib".

"RİA Novosti" xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov 9M729 raketi üzrə hərbi attaşelər və KİV üçün brifinqdə bildirib.

"Bu yaxınlarda ABŞ tərəfi daha bir dağıdıcı addım atıb, rəsmi Vaşinqton ən yüksək səviyyədə Sazişdən imtina etmək niyyətini açıqlayıb. Demək olar, dərhal ikitərəfli kanallar vasitəsilə bu niyyətin ciddiliyi təsdiqlənib, üstəlik, bir sıra detalların yekununda qərar edilmiş qərarın yekun olduğu vurğulanıb", - rusiyalı diplomat deyib.

Qeyd edək ki, daha əvvəl Rusiya Prezidenti Vladimir Putin Rusiyanın Sazişin pozulmasının əleyhinə olduğunu və amerikalıların Sazişdən çıxacağı təqdirdə cavab addımları atacağını bildirib./report/

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA