"ABŞ seçkilərdəki "müdaxilə"ni unutmayıb, amma Rusiya ilə ortaq tərəflər axtarmağa hazırdır" - Pompeo

"ABŞ seçkilərdəki "müdaxilə"ni unutmayıb, amma Rusiya ilə ortaq tərəflər axtarmağa hazırdır" - Pompeo

"Birləşmiş Ştatlar 2016-cı il prezident seçkilərində Rusiyanın cəhd etdiyi müdaxiləni unutmayıb, ancaq rəsmi Moskva ilə ortaq nöqtələr axtarışına və vacib məsələlərə dair güzəştlər əldə edilməsinə hazırdır".

Hurriyyet.org ONA-ya istinadən xəbər verir ki, bu sözləri ABŞ dövlət katibi Mayk Pompeo Rusiya prezidenti Vladimir Putin və ölkənin XİN rəhbəri Sergey Lavrovla görüşün ardından jurnalistlərə verdiyi açıqlamasında deyib.

Pompeo ona ünvanlanmış “rəsmi Vaşinqtonun seçkilərdə Rusiyanın müdaxiləsini unutması və hər şeyə qaldığı yerdən davam edilməsinin mümkünlüyü” ilə bağlı suala “baş verənləri unutduğumuzu düşünmürəm”, - deyə cavab verib.

“Söhbət baş verənləri unutmaqdan getmir, söhbət bir neçə daha çətin problemlərin həllində inkişafa nail olmaq üçün variantlar tapmaqdan, güzəştlər əldə etməkdən, maraqlarımızın kəsişdiyi məqamlar axtarmaqdan gedir. Biz 2020-ci ildə keçiriləcək seçkilərin qorunması üçün əlimizdən gələni edəcəyik”, - Pompeo belə deyib.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA