"Almaniya Rusiyanın girovudur" - TRAMP

  • 2018-07-11 13:01:05
  • |
  • Dünya /

"Almaniya Rusiyanın girovudur" - TRAMP

ABŞ Prezidenti Donald Tramp "Şimal axını - 2" qaz kəmərinin tikintisinə razılıq verən NATO ölkələrini tənqid edib.

Brüsseldə NATO baş katibi ilə işgüzar səhər yeməyindən əvvəl jurnalistlər qarşısında çıxış edən ABŞ prezidenti xüsusilə Almaniyanı kəskin tənqid edərək onu Rusiyanın girovu adlandırıb.

"Almaniya Rusiyanın tam nəzarəti altındadır. Yeni boru kəmərinin inşasından sonra təbii qazın 70% -i Rusiyadan daxil olacaq "- Prezident bildirib.

O əlavə edib ki, "Şimal axın – 2" layihəsinin həyata keçirilməsi ABŞ üçün qəbuledilməzdir./report/

Loading...

QALEREYA