"Şamaxıda vulkan püskürməyib, gil kütləsi üzə çıxır" - İnstitut

"Şamaxıda vulkan püskürməyib, gil kütləsi üzə çıxır" - İnstitut

Şamaxının Xınışlı kəndində palçıq vulkanının püskürməsi barədə yayılan məlumatlar düzgün deyil.

Hurriyyet.org xəbər verir ki, bunu trend-ə AMEA-nın Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev məlumat verib.

Onun sözlərinə görə, həmin kənd və onun yaxınlığında vulkan yoxdur:

"Bu axıntı da vulkan püskürməsi nəticəsində baş verməyib. Adətən, zəlzələdən sonra yerdə çatlar yarandıqda orada yaranmış gil kütləsi üzə çıxır və axıntı yaranır".

Qeyd edək ki, Xınıslı kənd sakinləri ərazidə palçıq vulkanın püskürdüyü və palçıq lavasının yaxınlıqdakı taxıl sahəsinə axması barədə məlumat veriblər.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA