"Amerika həmişə başkəsənləri dəstəkləyib" - Cavad Zərif

  • 2019-02-06 16:37:43
  • |
  • Dünya /

"Amerika həmişə başkəsənləri dəstəkləyib" - Cavad Zərif

“Birləşmiş Ştatlar Yaxın Şərqdə diktatorları, başkəsənləri, ekstremistləri dəstəkləyir”. Bunu İranın Xarici işlər naziri Cavad Zərif fevralın 6-da ABŞ prezidenti Donald Tramp-ın illik çıxışına cavab olaraq Twitter-də yazıb.
“Birləşmiş Ştatların düşmənçiliyi onun regionumuza yalnız dağıntı gətirmiş diktatorları, başkəsənləri və ekstremistləri dəstəkləməsiylə sonuclanıb”, – Zərif yazıb.

Ötən il Tramp Tehranla 2015-ci ildə imzalanmış nüvə sazişindən çıxdığını, İrana sanksiyaların bərpa olunduğunu açıqlayıb. Tramp ölkənin vəziyyətinə dair çıxışında həmin qərarını müdafiə edib.

Qeyd edək ki, İrana sanksiyaların bərpası rialın kəskin ucuzlaşmasına gətirib, ölkədə iqtisadi çətinliklər artıb.

Tramp çıxışında İranı dünyada terrorun aparıcı sponsor dövləti adlandırıb, deyib ki, administrasiyası ona qarşı dayanmaqdan ötrü qətiyyətlə hərəkət edib.

“Radikal rejimdir. Pis şeylər edirlər. ‘Amerikaya ölüm’ qışqıran, yəhudi xalqını soyqırımı ilə hədələyən rejimdən gözümüzü çəkməyəcəyik”, – Tramp vurğulayıb. Amma Zərif deyir ki, İran xalqı yəhudi icması da daxil olmaqla “irəliləyişin 40 ilini qeyd etməyə”, 1979-cu il islam inqilabının 40 illiyini bayram etməyə hazırlaşır.

Prezident Həsən Ruhani daxil olmaqla İranın aparıcı rəsmiləri İslam Respublikasının son 40 ilin ən çətin iqtisadi durumuyla üzləşdiyini deyirlər. Bunun bir səbəbi də ABŞ-ın sanksiyaları bərpa etməsidir./"Azadlıq" radiosu/

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA