"And içirəm ki, Vaskesi itələməmişəm" - Benatia

  • 2018-04-12 12:09:18
  • |
  • İdman /

"And içirəm ki, Vaskesi itələməmişəm" - Benatia

"Yuventus"un futbolçusu Mehdi Benatia Çempionlar Liqasının 1/4 finalının "Real"la cavab oyununda onun rəqib futbolçusu Lukas Vaskesə qarşı kobud oyunundan sonra qapılarına təyin edilən penalti epizodu haqda danışıb

Hurriyyet.org xəbər verir ki, fransalı müdafiəçi İtaliya mətbuatına açıqlamasında matçın baş hakimi Maykl Oliverin düzgün qərar vermədiyini bildirib:

"And içirəm ki, onu itələməmişəm. Vaskes başqa yolu olmadığı üçün yıxıldı. Oyunun 90+3-cü dəqiqəsində belə vəziyyətdə penalti təyin etmək absurddur"./qol.az/

Xatırladaq ki, penaltini dəqiq yerinə yetirən Kriştiano Ronaldo bu qolla komandasını yarımfinala yüksəldib.

Loading...

QALEREYA