"AŞPA Azərbaycanda gedən müsbət dəyişiklikləri qiymətləndirmir" - Səməd Seyidov

"AŞPA Azərbaycanda gedən müsbət dəyişiklikləri qiymətləndirmir" - Səməd Seyidov

"Biz hesabatın hər müzakirəsi zamanı Azərbaycana münasibətdə tənqidlər eşidirik. Ancaq Azərbaycanda baş verən müsbət dəyişikliklər barədə heç nə deyilmir".

Hurriyyet.org report-a istinadən xəbər verir ki, bu fikirləri Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AŞPA Bürosu və Daimi Komitəsinin hesabatlarının müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin nifrət aşılayan çıxışları dəyişmir: "Azərbaycanda isə müsbət dəyişikliklər baş verir. Məsələn, AŞPA-da İlqar Məmmədovun adı tez-tez hallanır. Halbuki ona qarşı olan bütün iddialar Azərbaycanın Ali Məhkəməsi tərəfindən geri götürülüb. Bu da İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin tələbləri ilə tamamilə üst-üstə düşür. İkincisi, Azərbaycan Prezidentinin bu yaxınlarda imzaladığı əfv fərmanını nümunə gətirmək olar. Eyni zamanda Prezident İlham Əliyevin Azərbaycanda ədliyyə və məhkəmə sistemində islahatların aparılmasına dair qərarını misal çəkmək olar. Bu da Avropa Şurası dəyərləri ilə tamamilə uyğun gəlir".

S.Seyidov sonda Azərbaycanda aparılan müsbət dəyişikliklərin də hesabata daxil edilməsini istəyib.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA