"Aqrarkredit" Cahangir Hacıyevə qarşı 3.7 milyard manatlıq İDDİA QALDIRDI

"Aqrarkredit" Cahangir Hacıyevə qarşı 3.7 milyard manatlıq İDDİA QALDIRDI

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, onun bacanağı İsmayıl Hidayət-zadə, sabiq deputat Dünyamin Xəlilov, Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qafarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Fariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov, Ramis Kərimovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hurriyyet.org report-a istinadən xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə günün ikinci yarısında davam etdirilən prosesdə dövlət ittihamçısı ittiham aktının elanını yekunlaşdırılıb.

Elan olunmuş ittiham üzrə C.Hacıyev və digərləri özlərini təqsirli bilmədiklərini söyləyiblər.

Məhkəmədə deyilib ki, mülki iddiaçı “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatı C.Hacıyevə qarşı 69 xarici şirkətlərə ayrəlmış kredit üzrə 3 milyard 700 min manatdan artıq mülki iddia qaldırıb.

Həmçinin, C.Hacıyevlə yanaşı digər şəxslərə qarşı da mülki iddia qaldırıldığı elan olunub.

Həmin şəxslər mülki iddiaları qəbul etmədiklər deyiblər.

Daha sonra prokuror sübutların tətqiqi mərhələsində əvvəlcə təqsirləndirilən şəxslərin, sonra zərərçəkmiş, şahidlərin dindirilməsini və digər sənətlərin elan olunmasını istəyib.

Məhkəmə sabiq bank rəhbəri C.Hacıyevə ifadə verməsini təklif edib. O, növbəti iclasda ifadə verəcəyini söyləyib.

Proses fevralın 7-də davam etdiriləcək.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA