"Atama demişik ki, anam kəndə gedib" - Əməkdar artist dünyasını dəyişən anası haqda

"Atama demişik ki, anam kəndə gedib" - Əməkdar artist dünyasını dəyişən anası haqda

Əməkdar artist Yusif Mustafayev 2 ay əvvəl dünyasını dəyişən anasından bəhs edib.

Hurriyyet.org axşam.az-a istinadən bildirir ki, müğənni "5/5" verilişində deyib ki, anası özünə qulluq etmirmiş:

"İnsanın özünə Əzrail olmağını anamda gördüm. O, dünyadan köçməsinə özü vasitəçi oldu. Bilirdi ki, təzyiqi var. Gedirdi kəndə, 2 gün qalırdı. Gəlib 10 gün müalicə alırdı. Bilirdi ki, avtomobilə minmək, uzun yol getmək olmaz.

Ana dünyasını dəyişəndə həyat alt-üst olur. Özümüz də çaşıb qalmışıq. Atam elə vəziyyətdədir ki... 85 yaşı var. Atam bütün günü deyir ki, haradadır? Atam diriykən dünyasını dəyişib, qabağında dura bilmirik. Ona demişik ki, anam kənddədir gələcək".

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA