"Avropa Təhlükəsizlik Şurası yaradaq" - Makrondan TƏKLİF

"Avropa Təhlükəsizlik Şurası yaradaq" - Makrondan TƏKLİF

Fransa prezidenti Emmanuel Makron Avropa Təhlükəsizlik Şurasını yaratmağı təklif edib.

Hurriyyet.org Trend-ə istinadən xəbər verir ki, E.Makron son iki ildə əhəmiyyətli tərəqqi əldə olunduğunu bildirib: "Lakin müdafiə və təhlükəsizlik haqqında müqavilə bizim NATO və avropalı müttəfiqlərimizlə bağlı zəruri öhdəliklərimizi müəyyən etməlidir".

Fransa prezidenti bu öhdəliklər sırasında hərbi xərclərin artırılması, qarşılıqlı müdafiə haqqında nizamnamənin qüvvəyə minməsi, Böyük Britaniya daxil olmaqla Avropa Təhlükəsizlik Şurasının yaradılması və digərlərini sadalayıb.