"Avropada raketlərin yerləşdirilməsinə eyni şəkildə cavab veriləcək"

  • 2019-02-20 16:14:25
  • |
  • Aktual /

"Avropada raketlərin yerləşdirilməsinə eyni şəkildə cavab veriləcək"

Rusiya Avropada orta və qısa mənzilli raketləri birinci yerləşdirmək niyyətində deyil.

Hurriyyet.org xəbər verir ki, bu barədə Rusiya Federal Məclisinə müraciətində Prezident Vladimir Putin bildirib.

O, Avropada ABŞ-ın təşəbbüsü ilə orta və qısa mənzilli raketlərin yerləşdiriləcəyi təqdirdə, beynəlxalq təhlükəsizlik sahəsində vəziyyətin kəskin gərginləşəcəyini, Rusiya üçün ciddi təhdidlər yaranacağını qeyd edib.

“Belə halda biz eyni şəkildə və eyni ölçüdə tədbirlər görmək məcburiyyətində qalacağıq – bunu vurğulamaq istəyirəm, məhz məcburiyyət qarşısında”, – deyən Rusiya Prezidenti ölkəsinin təhlükəsizliyinin qəti olaraq təmin olunacağını vurğulayıb.

Bununla belə, ABŞ üçün başlıca təhlükə təşkil etmədiklərini dilə gətirən Rusiya lideri bu ölkə ilə bərabər dost münasibətləri qurmağı arzuladıqlarını söyləyib.

Dövlət başçısı həmçinin Rusiya hərbi donanmasının yeni çoxməqsədli sualtı qayıqlarla təshiz ediləcəyini, “Poseydon” sualtı pilotsuz cihaz üçün ilk daşıyıcı nüvə sualtı qayığın bu ilin yazında suya salınacağını, dənizdə və quruda 1000 kilometrdən uzaq hədəfləri vura bilən, səsdən iti “Zirkon” raket sistemi üzərində də işlərin uğurla davam etdirildiyini bildirib./report/

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA