"Avropadan yenə həbslərlə bağlı "Türkiyədə insan haqları pozulur" səsləri eşidiləcək" - ELXAN ŞAHİNOĞLU

"Avropadan yenə həbslərlə bağlı "Türkiyədə insan haqları pozulur" səsləri eşidiləcək" - ELXAN ŞAHİNOĞLU

"Ancaq Türkiyənin yolu bəllidir və bu səslər onu yolundan sapdırmayacaq"

"Türkiyə Cümhuriyyət tarixində terrora qarşı bəlkə də bu qədər hərtərəfli və genişhəcmli mübarizə tədbirləri həyata keçirməyib". Hurriyyet.org xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, qardaş ölkə eyni zamanda 3 istiqamətdə terrorla mübarizə aparır: "Birincisi, FETÖ üzvlərinin həbsləri davam edir, dövlət strukturları təmizlənir, Avropadakı uzantıları axtarışa verilib. İkincisi, Suriyada PKK-PYD qruplaşmasına qarşı aparılan əməliyyatlara biri də bugünlərdə əlavə olunacaq. Üçüncüsü, Türkiyə ordusu ayrıca İraqda PKK mövqelərini də bombalamaqda davam edir".

Bundan başqa, PKK-nın Türkiyə daxilindəki siyasi uzantılarının da neytrallaşdırıldığını vurğulayan politoloq hesab edir ki, Türkiyə lazım gəldikdə terrorla mübarizəyə 4-cü və 5-ci istiqamətləri də əlavə edə bilər: "Təsadüfi deyil ki, Diyarbəkir, Mardin və Van bələdiyyə başçıları vəzifələrindən uzaqlaşdırıldı. Çünki həmin bələdiyyələr bölgə insanının rihafına çalışmaq əvəzinə PKK-ya maliyyə və texnik dəstək verirmiş. Belə hallar keçmiş illərdə də olub. Türkiyə böyük və güclü dövlətdir, gərəkən halda terrorla mübarizəyə 4-cü və 5-ci istiqamətləri də əlavə edə bilər. Şübhə etmirəm ki, Avropadan yenə həbslərlə bağlı "Türkiyədə insan haqları pozulur" səsləri eşidiləcək, ancaq Türkiyənin yolu bəllidir və bu səslər onu yolundan sapdırmayacaq".

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA