"Azad media və müstəqil vətəndaş cəmiyyəti olmayan ölkədə effektiv idarəetmə imkansız görünür"

"Azad media və müstəqil vətəndaş cəmiyyəti olmayan ölkədə effektiv idarəetmə imkansız görünür"

Rövşən Ağayev: "Düşüncə tərzi dəyişməyən, proqressiv və gerçək islahatçı təfəkkürü olmayan bürokrat ancaq rəqəmsallaşmadan önə çıxırsa, o olsa-olsa peşəkar məmur yox, peşəkar robort olacaq"

"Ötən həftə Dünya Bankının Ankarada təşkil etdiyi çox maraqlı bir konfransı izləmək imkanım oldu. Mövzu Avropa və Mərkəzi Asiyada dövlət idarəetmə sistemində islahatlar idi. Xüsusilə də hesabatlılıq və effektivlik ön plana çıxarılmışdı. Ən müxtəlif ölkələrdən çox maraqlı çıxışlar oldu, amma keçid ölklərinin islahat təcrübələrini dinləmək həmişə maraqlıdır". Hurriyyet.org xəbər verir ki, bu fikirlərin müəllifi İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədr müavini, iqtisadçı ekspert Rövşən Ağayevdir.

Tədbirdən xeyli qeydlər götürdüyünü vurğulayan iqtisadçı ekspert konfransın yekununu yığcam şəkildə ümumiləşdirərək bildirib ki, azad media və müstəqil vətəndaş cəmiyyəti olmayan ölkədə effektiv idarəetmə imkansız görünür: "Ayrı-ayrı ölkələrin nümayəndələrinin çıxışlarından bəzi maraqlı məqamlar: Hökumətin köklü islahatlar aparması üçün ictimai rəyin təzyiqi çöx önəmlidir. Hökuməti ələşdirən müstəqil media yoxdursa, beyin mərkəzləri ən gərəkli ideyaları ilə belə hökumətə təsir edə bilməyəcəklər. Gözəl və modern məhkəmə binaları tikməzdən öncə həmin binaların divarları arasında ədalətin təmin edəcək siyasi iradənin varlığına əmin olun. Siyasi iradə olmayan yerdə, bu binalar ədalət təsis etmək qarşısında acizliyin nümunəsinə çevriləcəklər. Vətəndaş cəmiyyəti əslində bəzi hökumətlərin yararlana bilmədiyi bilik qaynağıdır. Hökumətlər məhz onlardan istifadə etməklə vətəndaşlara daha keyfiyyətli xidmət götürə bilərlər. Hökumətlər məlumatları açıqlamaqla öz vəzifələrini bitmiş sayırlarsa, yanılırlar - önəmli olan cəmiyyətin həmin məlumatları oxuya bilməsidir. Bunun üçün çətin anlaşılan hesabatlar bələdçilərlə təqdim edilməlidir. İdarəetmədə texnoloji dəyişikliklər çox önəmlidir, amma düşüncənin və davranışın dəyişməsi daha önəmlidir. Bu gerçəyi qəbul etməyən hökumətlər çağın gerisində qalacaqdırlar. Rəqəmsal texnologiyalar təkbaşına cəmiyyətin problemlərini çözə bilməzlər - prosedurlar, qaydalar, davranış normaları düzgün müəyyən edilməlidir ki, həmin texnilogiyalardan cəmiyyət gerçək faydalar götürə bilsin".

Sonda tədbirdən çıxardığı mühüm nəticəni ifadə edən Rövşən Ağayev hesab edir ki, düşüncə tərzi dəyişməyən, proqressiv və gerçək islahatçı təfəkkürü olmayan bürokrat ancaq rəqəmsallaşmadan önə çıxırsa, o olsa-olsa peşəkar məmur yox, peşəkar robort olacaq: "Yeri gəlmişkən, tədbirdə Azərbaycan hökumətinin də 3 nümayəndəsinin təqdimatı oldu. Panellər ayrı-ayrı otaqlarda paralel davam etdiyindən onlardan yalnız birini izləmək imkanım oldu".

Valeh TÜRKSOY, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA