Prezident İlham Əliyevin “Fəxri Fərmanla”təltif etdiyi kikboksçu Xəyal Əhmədov erməni idmançısını belə nokaut etmişdi - VİDEO

Prezident İlham Əliyevin “Fəxri Fərmanla”təltif etdiyi kikboksçu Xəyal Əhmədov erməni idmançısını belə nokaut etmişdi - VİDEO

Azərbaycanda qeyri-olimpiya idman növlərinin inkişafında xüsusi xidmətlərinə görə məşhur kikboksçu Xəyal Sərdar oğlu Əhmədov Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin prezidentinin fəxri fərmanı ilə təltif olunub. Fəxri Fərmanı ona Milli Olimpiya Komitəsinin prezidenti, dövlət başçısı İlham Əliyev təqdim edib.

Hurriyyet.org xəbər verir ki, göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə təşəkkürünü ifadə edən X.Əhmədov bildirib ki, bu gün Azərbaycanm idmanı dünya səviyyəsində özünəməxsus yerini formalaşdırıb.

Onun sözlərinə görə, qazanılan uğurlar Prezident İlham Əliyevin adı ilə bağlıdır: “Məhz prezidentimizin idmana xüsusi diqqət və qayğısı nəticəsində bu gün beynəlxalq arenada ciddi uğurlar əldə edirik. Dövlət başçısı həmişə idmançılara dəstək olub, onlara diqqətlə yanaşıb. Təbii ki, bu da idmançılara ruh yüksəkliyi verir, onları motivasiya edir. Cənab prezidentin diqqətini üzərimizdə hiss etdiyimizdən özümüzü daimi ona borclu hesab edirik. Buna görə də, üzərimizdə mütəmadi işləyir və Azərbaycan bayrağını yüksək yerlərdə dalğalandırmağa çalışırıq. Bundan sonra da bizə göstərilən etimadı doğrultmağa çalışacağıq. Bir daha prezidentimizə təşəkkür edirəm, ona can sağlığı arzulayıram”.

 

Loading...

QALEREYA