"Azərbaycan bizi üstələyir" - Erməni generaldan ETİRAF

"Azərbaycan bizi üstələyir" - Erməni generaldan ETİRAF

"Bir neçə il bundan öncə demişdim ki, bizim hücum etmək hüququmuz var, bir şərtlə ki, rəqibimizin gücünü bilmədən bu addımı atmaq olmaz. Əsgərə əmr etsən, o, bunu icra edəcək, lakin buna hazırıqmı?”

Hurriyyet.org Lent.az-a istinadən xəbər verir ki, bu fikirləri erməni general Arkady Ter-Tadevosyan Ermənistan müdafiə Naziri David Tonoyanın "yeni müharibə - yeni ərazilər" prinsipi ilə bağlı verdiyi sonuncu bəyanatına münasibət bildirərkən deyib.

General Azərbaycanın neftlə zəngin olan əraziləri “İskəndər”lə vura biləcəklərini dilə gətirsə də ordularının hələ də buna hazır olmadığını da gizlətməyib.

Əlavə edib ki, yalnız orduya arxayın olmaq yolverilməzdi:

“Paralel olaraq diplomatiyamızı da işə salmalıyıq, təssüf ki, bu sahədə də Azərbaycan bizi üstələyir”.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

QALEREYA