"Azərbaycan Fransaya nota verməlidir" - POLİTOLOQ

"Azərbaycan Fransaya nota verməlidir" - POLİTOLOQ

Məhəmməd Əsədullazadə: "Rəsmi Bakı işğal olunmuş ərazilərə humanitar və qeyri-rəsmi səfərlər təşkil edən ölkələrə qarşı prinsipial olmalıdır"

"Fransa Minsk Qrupunun həmsədri kimi Ermənistan Azərbaycan arasında vasitəçilik missiyasını həyata keçirən ölkədir. Vasitəçi dövlət olaraq ilk növbədə işğal olunmuş Azərbaycan ərazilərinə parlamentarilərinin və rəsmilərinin səfərlərinin qarşısını almalıdır". Hurriyyet.org xəbər verir ki, bu fikirlər Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadəyə məxsusdur.

Politoloq hesab edir ki, Fransa münaqişənin həllində işğalçı ölkəyə stimul verməməlidir: "Bir neçə Fransa parlamenatirləri Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edərək burada qondarma rejimin nümayəndələri ilə görüş keçirir. Rəsmi Bakı Fransaya nota verməli, belə səfərlərin qarşısını almaq üçün qətiyyətli bir siyasət ortaya qoymağını tələb etməlidir. Fransanın parlamentarilərinin Qarabağa qanunsuz səfərləri onsuzda qondarma rejimin tanınmasına gətirib çıxarmayacaq. Sadəcə, bu rəsmi Parisin ikili standartlardan yanaşmasının nəticəsidir". Məhəmməd Əsədullazadənin sözlərinə görə, rəsmi Bakı işğal olunmuş ərazilərə humanitar və qeyri-rəsmi səfərlər təşkil edən ölkələrə qarşı prinsipial olmalıdır: "Qeyd edim ki, üç həmsədr ölkənin parlamentariləri mütəmadi olaraq işğal olunmuş ərazilərə səfər edir. Azərbaycan üç həmsədr ölkəyə belə səfərlərə imkan verilməməsini tələb etməlidir. Xarici İşlər Nazirliyi Fransanın Azərbaycandakı səfirini nazirliyə çağırıb öz etirazını bildirməlidir".

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA