"Azərbaycanla oyunu səbrsizliklə gözləyirəm" - Qaret Beyl

  • 2019-09-05 16:30:51
  • |
  • İdman /

"Azərbaycanla oyunu səbrsizliklə gözləyirəm" - Qaret Beyl

"Fiziki baxımdan çox yaxşı vəziyyətdəyəm. Sabahkı oyunu səbrsizliklə gözləyirəm".

Hurriyyet.org xəbər verir ki, bunu Uels yığmasının kapitanı Qaret Beyl Azərbaycan millisi ilə evdə keçirəcəkləri AVRO-2020-nin seçmə oyununda əvvəl təşkil edilən mətbuat konfransında deyib.

İspaniyanın "Real Madrid" klubunda çıxış edən yarımmüdafiəçi üzərilərində təzyiq olduğunu bildirib: "Qarşıdakı matça köklənmişik. Mütləq qələbə qazanmalıyıq. Son vaxtlar mənə ünvanlanan tənqidlərə qulaq asmıram, heç birini oxumuram. Çox yüksək təzyiq altındayıq. İki məğlubiyyətimiz var. Bundan sonra çalışacağıq ki, bütün görüşlərdə qələbə qazanaq. Cavan oyunçularımızın məsləhətə ehtiyacı olarsa, onlara kömək etməyə hazıram. Hazırda Uelsdə futbol inkişaf etməkdədir. Ona görə də azarkeşlərin marağına səbəb olur. Çox yaxşı mövsümöncəsi hazırlıq keçmişəm. Məşq edərək özümü yaxşı səviyyəyə gətirməyə çalışdım. Söz-söhbətlərə fikir vermədim. Özümü çox yaxşı hiss edirəm. Ölkəm üçün oynamaqdan zövq alıram".

Qeyd edək ki, Uels və Azərbaycan yığmaları arasında Kardiff şəhər stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. (Report)

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA