"Azərbaycan" İES-də bədbəxt hadisə - Fəhlə öldü

"Azərbaycan" İES-də bədbəxt hadisə - Fəhlə öldü

"Azərbaycan" İstilik Elektrik Stansiyasının fəhləsi Nihat Mirzəyev xəstəxanada ölüb.

Hurriyyet.org report-a istinadən xəbər verir ki, hadisə Mingəçevir şəhərində yerləşən İES-də iş zamanı baş verib.

İES-in fəhləsi, Salyan rayon sakini, 1994-cü il təvəllüdlü Nihat Barat oğlu Mirzəyev iş zamanı ehtiyatsızlıqdan hündürlükdən yıxılaraq ağır bədən xəsarətləri alıb. Yaralı dərhal xəstəxanaya çatdırılıb və cərrahiyyə əməliyyatı edilib.

Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA