"Azərittifaq"ın sədri Hacıbala Abutalıbovu ittiham etdi - "Satış yerlərimizi sökdürdüyünə görə..."

"Azərittifaq"ın sədri Hacıbala Abutalıbovu ittiham etdi - "Satış yerlərimizi sökdürdüyünə görə..."

“Azərittifaq” sovet dövründə, demək olar, özəl sektor kimi fəaliyyət göstərib. Respublikanın bütün rayonlarında əhaliyə ticarət və iaşə xidmətini göstərirdi, kolxoz bazarları “Azərittifaq”ın nəzdində idi, tədarük sahələrimiz vardı, şəhərlərdə kənd təsərrüfatı məhsullarının satışını təşkil edirdik. Təkcə Azərbaycanda deyil, MDB-yə daxil olan dövlətlərin hamısında bu qurum fəaliyyət göstərir. Lakin hazırda fəaliyyət istiqaməti bir qədər fərqlidir”.

Hurriyyet.org bildirir ki, bu sözləri Report-a müsahibəsində Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini, “Azərittifaq”ın sədri Eldar Quliyev deyib. Onun sözlərinə görə, bütün rayonlarda təşkilatı var və onlar, əsasən, icarə qaydasında işləyir: “ Koordinasiyanı isə biz edirik. Bizim onlara məhsul verməyimiz səmərəli deyil. Çünki həm biz, həm də yerli təşkilat xərcləri məhsula əlavə edərsə, satış qiymətləri baha olacaq. Hazırda bazarda rəqabət var, əsas prinsip keyfiyyətli və ucuz məhsul əldə etməkdir. Təhsil sahəsində isə Azərbaycan Kooperasiya Universiteti və kollektivi fəaliyyət göstərir”.

Deputat bildirib ki, hazırda “Azərittifaq”ın işinə ehtiyac var: “Təşkilatın fəaliyyətini davam etdirməsi vacibdir. Burada çoxsaylı payçılarımız işlə təmin olunub. Təklif olunarsa, indi də satış yarmarkalarının təşkilində iştirak edə bilərik. Satış yerlərimizi Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbov sökdürdüyünə görə özümüz satış yarmarkası təşkil edə bilmirik. Digər sahələrdə isə fəaliyyətimizi davam etdiririk”.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA