"Bacım uşaqları mənə ana deyirdi” - Rəsul Çunayev - VİDEO

  • 2019-04-03 18:32:06
  • |
  • İdman /

"Bacım uşaqları mənə ana deyirdi” - Rəsul Çunayev - VİDEO

ARB TV-nin "Faydalı saat" verilişinin növbəti qonağı Yunan-Roma güləşi üzrə Avropa çempionu Rəsul Çunayev olub.

Hurriyyet.org bildirir ki, Avropa çempionu bacısı uşaqlarına olan sevgisindən ağız dolusu danışıb:

"Bacım uşaqlarının birinin 3, digərinin isə 1 yaşı var. Uşaqlıqdan onların qeydinə çox qalmışam. İndi Balakəndədirlər. Onlar üçün çox darıxıram və onlar da mənim üçün ağayırlar. Deyirlər, dayı, sənin yanına, Bakıya gəlmək istəyirik. Onlar hətta ilk dəfə danışmağa başlayanda mənə ana deyiblər".

İdmançının "subaylığın daşını nə vaxt atırsız?" sualına cavabı isə belə olub:

"Planda yoxdur. Çünki qarşıda məni dünya çempionatı gözləyir, sentyabr ayında. Əgər orada 1-5-ci yerləri tutsam, Avropa oyunlarına lisenziya qazanacam. Əsas məqsədimiz Tokio olimpiadasına hazırlaşmaqdır. Nə qədər ki, canımda sağlamlıq var, istəyirəm ki, bu şanslardan istifadə edim".

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA