"Bakı Kart"ın balansını internetlə artırmaq mümkün olacaq

  • 2019-07-12 12:07:11
  • |
  • Sosial /

"Bakı Kart"ın balansını internetlə artırmaq mümkün olacaq

Paytaxtın nəqliyyat sistemində istifadə olunan "Bakı Kart"ın balansını bu ilin sonuna qədər internetlə artırmaq mümkün olacaq.

Bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibiMais Ağayev məlumat verib.

Onun sözlərinə görə, hazırda bu istiqamətdə iş aparılır.

BNA rəsmisi kartlara pul yükləmək üçün şəhərdə quraşdırılmış terminalların işləməməsi barədə deyilənlərə də münasibət bildirib: "Bu günə qədər həmin terminalların heç bir sıradan çıxmayıb, yalnız ara-sıra texniki problemlər yaşanır. Dərhal əraziyə baxış keçirilir və həmin problemlər aradan qaldırılır. Hazırda "Bakı Metropoliteni" QSC-nin stansiyalarında 148, avtobus dayanacaqlarında isə 50-dən çox "Bakı Kart" terminalı var. Bu terminallardan gün ərzində 100 mindən çox insan istifadə edir. Elə adamlar var ki, bir gündə 20 dəfədən çox yükləmə həyata keçirir”.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA