"Beşiktaş"dan Mahir Mədətovla bağlı AÇIQLAMA

"Beşiktaş"dan Mahir Mədətovla bağlı AÇIQLAMA

"Qarabağ"ın futbolçusu Mahir Mədətovun Türkiyənin "Beşiktaş" klubuna transferi ilə bağlı xəbərlər yenidən gündəmi zəbt edib.

Qardaş ölkə mətbuatı hətta bir qədər irəli gedərək, gənc hücumçunun İstanbul təmsilçisi ilə sözləşmə imzaladığını da yazıb.

Hurriyyet.org xəbər verir ki, lakin yenicag.az-a açıqlama verən "Beşiktaş" komandasının idman direktoru Ali Naibi yayılan xəbərləri təkzib edib. O, əməkdaşımızla söhbətində indiki halda Mahir Mədətovla maraqlanmadıqlarını bildirib.

Loading...

QALEREYA