"Bircə arzum var - Şuşada konsert verim"

"Bircə arzum var - Şuşada konsert verim"

"Mənim bundan sonra həyatımda bircə arzum var. O da Şuşada konsert verməkdir. Bu, ən böyük arzumdur".

Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, bu sözləri Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, tanınmış musiqiçi, xalq artisti, professor Fərhad Bədəlbəyli bildirib.

Çaykovski adına Moskva Dövlət Akademik Filarmoniyasının konsert zalında 70 illik yubileyi qeyd olunan dahi musiqiçi bu günün onun həyatında önəmli bir gün olduğunu söyləyib: "Çox xoşbəxtəm ki, bu gün Moskva Filarmoniyasında mənim çox hörmət etdiyim dahi bəstəkarımız Fikrət Əmirovun əsərləri səsləndi. Çünki mən, Fikrət müəllimlə birgə konsertlər üzərində işləmişəm. Bugünkü konsert proqramında dahi rus bəstəkarı Sergey Raxmaninovun əsəri də ifa olundu. Moskva tamaşaçıları çox diqqətli və eyni zamanda tələbkardırlar".

Qeyd edək ki, bu gün Çaykovski adına Moskva Dövlət Akademik Filarmoniyasının konsert zalında Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, tanınmış musiqiçi, xalq artisti, professor Fərhad Bədəlbəylinin 70 illiyinə həsr olunan yubiley konserti keçirilib. Rusiya Federasiyası Mədəniyyət Nazirliyi, "Roskonsert", Moskva Filarmoniyasının təşkilatçılığı və Heydər Əliyev Fondunun dəstəyi ilə baş tutan yubiley konsertinin aparıcısı aparıcısı Rusiyanın xalq artisti Vladimir Berezin olub.

Loading...

QALEREYA