"Biz sənətlə məşğul idik, indi ucuzlaşdı hər şey, oxumaq istəmirəm" - SAMİRA

"Biz sənətlə məşğul idik, indi ucuzlaşdı hər şey, oxumaq istəmirəm" - SAMİRA

Uşaqlıqdan arzum oxumaq idi. Buna görə çox göz yaşları axıtdım, ağladım. Evdə qadağa var idi. Dərsdən icazə alıb dərnəklərə gedirdim.

Hurriyyet.org axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Samira ƏliMəryəm yerli brendlərdən birinin "Etiraf" rubrikasında deyib. Sənətçi səhnədən getmək istədiyini etiraf edib:

"Bilməzdim ki, arzum reallaşandan sonra, göz yaşları axıtdığım, əsəb keçirdiyim istək tükənəcək. Artıq oxumaq istəmirəm. Bilmirəm nədən. Səhnədə bir çox haqsızlıqlar baş verdi. Ucuzlaşdı hər şey. Bizim dövrümüzdə belə deyildi. Biz sənətlə məşğul idik. Əsl sənətə dəyər verilmir".

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

QALEREYA