"Bizi diz çökdürəcəklərini düşünənlərə..." - ƏRDOĞAN

  • 2019-04-10 18:46:55
  • |
  • Region /

"Bizi diz çökdürəcəklərini düşünənlərə..." - ƏRDOĞAN

“Sərhədlərimiz boyunca yaratmağa çalışılan terror dəhlizi ilə bizi diz çökdürəcəklərini düşünənlərə atdığımız addımlarla bunun mümkün olmadığını göstərdik”.

Hurriyyet.org report-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Gölbaşı Xüsusi Təyinatlı Polis Təşkilatının yaradılmasının 174-cü ildönümü və Xüsusi Təyinatlı Polis Təşkilatının yeni binasının açılışı tədbirindəki çıxışında bildirib.

“Hazırda həbsxanalarda 30 559 FETÖ-çü var. Onlardan 20 226-sı barədə hökm çıxarılıb, 10 333-ü isə istintaq altında saxlanılır. İndiyədək polis sıralarından xaric edilənlərin sayı 31 mindən çoxdur. Ordu sıralarından xaric edilənlərin sayı 15 mini, məhkəmə sistemindən isə uzaqlaşdırılanların sayı 4 mini keçib”, - Türkiyə Prezidenti vurğulayıb.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

QALEREYA