"BMW"nin sürücüsü polis idarəsinin qarşısında adam öldürdü - BAKIDA

"BMW"nin sürücüsü polis idarəsinin qarşısında adam öldürdü - BAKIDA

Bakının Suraxanı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Hurriyyet.org unikal.org-a istinadən xəbər verir ki, bu gün səhər saat 8 radələrində Hövsan şosesində Nəqliyyatda Baş Polis İdarəsinin yaxınlığında Əfsərov Hüseyn Arif oğlunun idarə etdiyi 90-FU-757 dövlət qeydiyyat nişanlı "BMW" markalı avtomobil piyada 1956-cı il təvəllüdlü Vəliyev Eldar Səfər oğlunu vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA