"BU, MÖHTƏŞƏM UĞUR İDİ" - TRAMP

  • 2018-11-07 12:22:47
  • |
  • Dünya /

"BU, MÖHTƏŞƏM UĞUR İDİ" - TRAMP

Hurriyyet.org xəbər verir ki, ABŞ prezidenti Donald Tramp dünən seçilən ara seçkiləri ilə bağlı “Tvitter” səhifəsindəki rəsmi açıqlamasında belə yazıb: “Bu gücə möhtəşəm bir uğur qazanıldı. Hamıya təşəkkür edirik”.

Tramp vəzifə başına gələndə Vaşinqtondakı üç güc qütbündən biri olan Konqresdə üstünlük respublikaçıların əlində olub. Üstünlük demokratların əlinə keçəcəyi halda, Konqresin təsdiqləməsinə ehtiyac yaranacaq məsələrdə Trampın fəaliyyət dairəsi daralmış olacaq.

ABŞ-da yaxın tarixin ən mühüm seçkilərindən biri olaraq qiymətləndirilən və ABŞ prezidenti D.Tramp üçün bir referendum hesab edilən ara seçkilərdən ortaya ikiyə bölünmüş bir Konqres çıxıb.

ABŞ-da Konqresin aşağı qanadı olan Nümayəndələr Palatasının 435 üzvünün hamısının, üst qanadı olan 100 kürsülü Senatın isə 35 yerinin dəyişdiyi ara seçkilər sona çatdı. Ölkənin bəzi əyalətlərində hələ sayma prosesi davam edir. Rəsmi olmayan nəticələrə görə, Demokratlar Nümayəndələr Məclisində üstünlüyü respublikaçıların əlindən alıblar. Senatda isə respublikaçılar üsünlüyü qoruyub saxlaya biliblər.

Nümayəndələr Palaraasında demokratların qələbəsi ilə 2020-ci il prezident seçkiləri ərəfəsində ABŞ Konqresində ikiqütblü bir dövr başlanmış olacaqdır.

AP agentliyinin verdiyi xəbərdə deyilir ki, rəsmi olmayan məlumatlara görə, Nümayəndələr Palatasında Demokratlar indiyə qədər 205, Respublikaçılar isə 188 yer qazanıblar. Üstünlük əldə eləmək üçün 218 kürsüyə sahib olmaq lazımdır. Seçkilərdən əvvəl Nümayəndələr Palatasında 237 Respublikaçı və 193 Demokrat partiyası üzvü olub, 5 yer isə boş olub.

Hurriyyet.org

Loading...

QALEREYA