"Dağlıq Qarabağ regionun kriminal mərkəzinə çevrilib" - Britaniyalı tədqiqatçı

"Dağlıq Qarabağ regionun kriminal mərkəzinə çevrilib" - Britaniyalı tədqiqatçı

Britaniyalı araşdırmaçı yazıçı Harold Keyn (Cane) nəşr etdirdiyi "Narko Qarabağ” ("Narco Karabakh”) kitabında Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərindəki qanunsuz fəaliyyətləri təfərrütı ilə araşdıraraq ifşa edib.

Hurriyyet.org report-a istinadən xəbər verir ki, 18 aylıq çalışması zamanı müəllif özü demişkən, "fəsadları Qafqaz regionundan çox-çox uzaqlara çıxaraq beynəlxalq birliyə dərin təsir göstərən cinayətlərin tam bir kataloqu”nu aşkara çıxartmağa çalışıb.

Turist qismində Ermənistanda və bu ölkənin işğal etdiyi Dağlı Qaraabağ bölgəsində olan H.Keyn həmin səfərləri zamanı insan alveri, narkotiklərin qanunsuz dövriyyəsi, qanunsuz silah alveri, təbii ehtiyatların sənaye miqyaslarında talanması halları ilə qarşılaşdığını bildirir.

Kitabda habelə www.narcokarabakh.netsaytında bütün bu sarsıdıcı kəşflər təfərrüatlı şəkildə təsvir olunur.

"Hazırkı statusu üzündən Dağlıq Qarabağ sanki vakuumdadır. Bu hal da amansız şəkildə istismar olunaraq həmin ərazini beynəlxalq mütəşəkkil kriminalın bir növ hesablama palatasına çevrilməsinə şərait yaradıb”, – deyən müəllif kitabında erməni mafiyası, əfqan narkobaronları, bütün dünyada tanınan gizli silah qaçaqmalçıları barədə məlumatlar göstərdiyi üçün şəxsi təhlükəsizliyi xətrinə adını belə dəyişdirməli olub.

Araşdırmaları zamanı Yerevanda qaldığı mehmanxanada gecəyarısı polisin gəldiyini göstərən britaniyalı müəllif Xankəndində hətta döyüldüyünü söyləyir.

"Dağlıq Qarabağın kriminal mərkəzi olduğunu aşkar etmişik. Özü də bütün bu fəaliyyətlərin çoxu Ermənistanın sabiq prezidentləri Robert Köçəryan və Serj Sarqsyanla bağlıdır. Onlar insanların sarsıdıcı əzab-əziyyətləri üzərində milyardlarla var-dövlət toplayıblar”, – H.Keyn kitabında vurğulayır.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA