“Qarabağ”ın "Dundalk"la oyunlarının vaxtı açıqlandı

  • 2019-07-18 13:36:03
  • |
  • İdman /

“Qarabağ”ın "Dundalk"la oyunlarının vaxtı açıqlandı

Ağdamın “Qarabağ” klubunun Çempionlar Liqasındakı növbəti görüşünün vaxtı dəqiqləşib.

Albaniyanın “Partizani” klubunu iki oyunun yekununda (0:0, 2:0) məğlub edən Azərbaycan çempionunun II təsnifat mərhələsində “Dandalk”la (İrlandiya) ilk matçı iyulun 24-də olacaq.

Dandalk şəhərində “Oriel Park” stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

Qeyd edək ki, ağdamlıların ev oyunu iyulun 30 və ya 31-də baş tutacaq.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz