"Dərman mafiyası"na görə işdən çıxarılan generalın yerinə TƏYİNAT

"Dərman mafiyası"na görə işdən çıxarılan generalın yerinə TƏYİNAT

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə yeni rəis təyin edilməsi ilə bağlı əmr imzalayıb.

Hurriyyet.org bildirir ki, unikal.org-un əldə etdiyi məlumata görə, Səfər Mehdiyev Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə gömrük xidməti polkovnik-leytenantı Bəhruz Quliyevi rəis təyin edib.

Xəbər Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən sayta təsdiqlənib.

Qeyd edək ki, bir neçə gün əvvəl "dərman mafiyası”na görə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi, general-mayor Sadiq Abduyev işdən çıxarılıb.

Loading...

QALEREYA