"Dərman mafiyası"nın məhkəməsi yekunlaşdı - Həbsdə olan general və digərləri AZADLIĞA BURAXILDI

"Dərman mafiyası"nın məhkəməsi yekunlaşdı - Həbsdə olan general və digərləri AZADLIĞA BURAXILDI

Dərman vasitələrinin qanunsuz dövriyyəsi və qaçaqmalçılıqda təqsirləndirilən şəxslər növbəti dəfə hakim önünə çıxarılıb.

Hurriyyet.org musavat.com-a istinadən xəbər verir ki, onlar xarici ölkə vətəndaşları Ateş Atanur, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi Fikrət Qədiməliyev (barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib), Cəmil Mehtiyev, Əlamət Quliyev, “Zeytun” apteklərdən birinin sahibi Anar Məmmədov, Vasif Xıdırov, Elnur Məmmədov (barəsində polis nəzarətinə verilmə qətimlan tədbiri seçilib) və Fərman Məmmədlidir.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən sonuncu məhkəmə iclasında hökm oxunub.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər birinə şərti cəza verilib. Həbsdə olan general F.Məmmədli və digər şəxslər məhkəmə zalından azadlığa buraxılıb.

Xatırladaq ki, prokuror Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi Fikrət Qədiməliyevin 6 il müddətinə azadlıqdan məhrum edilməsini və məhkəmə zalından həbs edilməsini istəmişdi.

Dövlət ittihamçısı ev dustaqlığında olan Elnur Məmmədov barəsində şərti cəza təyin edilməsini, digər təqsirləndirilən şəxs Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi müavini Fərman Məmmədlinin 5 il 6 ay, Vasif Xıdırov, Cəmil Mehtiyevi və Atəş Atanurun 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilmələrini, həbsdə olan Əlamət Quliyev və Anar Məmmədova şərti cəza təyin edilməsini və məhkəmə zalından azadlığa buraxılmalarını istəmişdi.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA