"Dinimizə, şəriətimizə, bir sözlə, islami qaydalara uyğun gəlməyən addım atıldı. Şeyximiz Qabilin bəyanatından ..." - MÜSAHİBƏ

"Dinimizə, şəriətimizə, bir sözlə, islami qaydalara uyğun gəlməyən addım atıldı. Şeyximiz Qabilin bəyanatından ..." - MÜSAHİBƏ

- Eldar müəllim, MİQ 29 hərbi təyyarəmizin qəzaya uğraması son bir ayın demək olar ki, başlıca müzakirə mövzusu oldu və bu gün də səngimək bilmir. Müxtəlif yanaşmalar var? Sizcə başqa səbəblər ola bilərmi?

- Ağır hadisədir. Keşkə olmayaydı. Təcrübəmə əsaslanaraq deyə bilərəm ki, Silahlı Qüvvələr hadisə və problemlərdən sığortalı deyil və xoşagəlməz hadisələrin baş verməsi mümkün haldır. Dünyanın bütün ordularında bu cür hallar olur. Həssas sahə olduğundan həssas münasibətlərin göstərildiyi təbiidir.

- Ancaq razılaşın ki, bu qəza sıradan bir qəza deyil.

- Nəinki razılaşıram, hətta qəzanın baş verməsinin ciddi fərqindəyəm. Qəza ilə əlaqədar mənim də müəyyən fikirlərimin olması mümkündür. Lakin bu, MN-nin rəsmi məlumatını şübhə altına almaqdan yanadır. Mən bu qurumda uzun müddət xidmət etmişəm, ona görə də hər hansı mövqeyim qərəzli görünə bilər. Açıqlamanı daha mükəmməl təqdim etmək olardı. Ancaq buna baxmayaraq nazirliyin yaydığı məlumatı tam inkar edə bilmərəm. Söz - söhbətə imkan yaradan başqa səbəblər oldu.

- O səbəblər nədən ibarətdir? Deyə bilərsinizmi?

- İnsanları əsasən dəfindən bir gün əvvəl qaynata Qabil Hüseynlinin siyasi düşərgə nümayəndələrinin hüzrə gəlməmələri ilə bağlı çağırışı oldu ki, bu da ictimaiyyəti möhkəm qəzəbləndirdi. Bu olduqca səhv bir hərəkət idi və son hesabla ictimai rəyə hökumətin və ordunun ünvanına sərt tənqidlər səsləndirməyə fürsət verdi. Kim tərəfindən meydana atılıb və icazəni alandan sonra belə yanlış işi görmək hökumətə və orduya, İlam Əliyevin özünə ən böyük xəyanətdir!!! "İdeyanın" müəllifinin cəzalandırılması gərəkdir. Dinimizə, şəriətimizə, bir sözlə, islami qaydalara uyğun gəlməyən addım atıldı. Şeyximiz Qabilin bəyanatından dərhal sonra prezidentə çıxıb bu yanlışlığın qarşısını almaq üçün təşəbbüs göstərməli idi. Görün sonra nə oldu?! Cəmiyyətin yaxşı tanıdığı keçmiş dövlət müşaviri rəhmətlik Rəşadın 3 və 7-də hamını iştirak etməyə çağırdı. Şəhid pilotumuzun ruhunu urvatsız edən qaynataya lənətlər olsun.

Onun qiymətini rəhmətlik Heydər Əliyev vaxtında verib. Bildiyimə görə sərəncamı stolun üzərinə qoyularkən "siyasi riyakar" kəlməsini o özü öz əlləri ilə yazıb.

- Siz pilotu tanıyırdınızmı?

- Bir dəfə görüşümüz olub.Onda kapitan rütbəsində idi. Təcrübəli hava döyüşçüsü kimi Hərbi Hava Qüvvərində komandanlığın diqqətini cəlb edirdi. Hərbi Akademiyanı müvəffəqiyyətlə bitirən və polkovnik-leytenant rütbəsinə qədər yüksələn pilot Rəşad Atakişiyevə heyflər olsun!!!
İnsafən deməliyəm ki, MN-yi bəzi söz - söhbətlər istisna olmaqla döyüşçünü son mənzilə hərbi qaydalara tam uyğun səviyyədə yola saldı.

- Sizcə məsələlər niyə bu cür tərsinə baş verir!?

- Qardaşım, bu sualın cavabını işləri tərsinə salanlardan soruşmanızı xahiş edirəm. Vəziyyətim onsuz kəllə-mayallah vurur, məncə bu bəs eləyir...

 

Söhbətləşdi: Heydər OĞUZ

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA